“Victoria's Secret”in mələyi Alessandra Ambrosio çimərlikdə çimərlik geyimində görüntülənib.
Publika.az xəbər verir ki, o, lentə aldırdığı fotoları “İnstagram” sosial şəbəkəsindəki hesabında paylaşıb.
44 yaşlı model sinə hissəsində kəsiyi olan büstqalterdə və kiçik çəhrayı bikinidə poza verib. Ambrosio həmçinin makiyaj və saç düzümündən imtina edərək təbii gözəlliyini nümayiş etdirib. Fotolarda o, rəfiqəsi ilə birlikdə okean sahilində gəzərkən əks olunub.
Victoria's Secret mələyi iş adamı Ceymi Mazur ilə evli olub. Onlar 2018-ci ildə dostcasına ayrılıblar. Cütlüyün Anya Luiz adlı bir qızı və Noa Feniks adlı bir oğlu var. Model Amerika alt paltarı brendi “Victoria's Secret” ilə əməkdaşlığı sayəsində supermodellik zirvəsinə yüksəlib. Hazırda o, “Next”, “Armani Exchange”, “Christian Dior” və “Ralph Lauren” kimi brendlərin simasıdır.