AZ

Finlandiya prezidenti: Yaxın Şərqdəki münaqişə Ukrayna üçün müəyyən üstünlüklər yarada bilər

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Yaxın Şərqdə baş verən münaqişə Ukrayna üçün müəyyən üstünlüklər yarada bilər.

APA "Bloomberg"ə istinadən xəbər verir ki, o bu barədə Hindistana dövlət səfəri zamanı açıqlama verib.

Stubbun sözlərinə görə, ABŞ və İsrailin İrana endirdiyi zərbələr, eləcə də Tehranın Yaxın Şərqdəki ABŞ bazalarına və bəzi qonşu ölkələrə qarşı cavab hücumları İranla Rusiyanın hərbi əməkdaşlığına təsir göstərə bilər.

“Bu vəziyyət göstərir ki, İran və Rusiya hazırda raket və müdafiə sənayesi sahəsində əməkdaşlıq edə bilmir”, – deyə Finlandiya prezidenti qeyd edib.

O həmçinin vurğulayıb ki, qlobal diqqətin İrana yönəlməsi Ukrayna ilə bağlı diplomatik proses üçün də müəyyən imkanlar yarada bilər. Onun fikrincə, bu vəziyyət danışıqlar aparan tərəflərə diqqət mərkəzindən kənarda müəyyən təşəbbüslər irəli sürmək üçün imkan yaradır.

Seçilən
30
1
apa.az

2Mənbələr