AZ

Röyanın arxiv kadrları YAYILDI, məşhur aparıcı ilə - VİDEO

Xalq artisti Röya Ayxanın illər öncəyə aid arxiv kadrları sosial şəbəkələrdə yenidən yayılaraq müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, söhbət artıq fəaliyyətini dayandırmış Lider TV-də yayımlanan verilişlərdən birindən gedir.

Həmin görüntülərdə sənətçi o dövrün məşhur aparıcısı, hazırda ABŞ-də yaşayan Günel Musevinin təqdimatında efirə çıxaraq sevilən hitlərindən birini canlı ifa edir. Röyanın səhnə tərzi, səmimi davranışı və enerjisi izləyicilərin diqqətini çəkib.

Arxiv kadrlarının yayılmasından sonra sosial şəbəkə istifadəçiləri müxtəlif rəylər yazıblar. Bəzi izləyicilər müğənninin illər keçsə də səhnə aurasını qoruduğunu vurğulayıb, digərləri isə onun ifasının bu gün də aktuallığını itirmədiyini qeyd ediblər.

"Röya hər zaman fərqli olub", "O vaxtdan ulduz idi" kimi şərhlər paylaşımların altında üstünlük təşkil edib.

Qeyd edək ki, Röya Ayxan Azərbaycan şou-biznesinin ən parlaq simalarından biri olaraq uzun illərdir hitləri və səhnə performansları ilə gündəmdə qalmağı bacarır. Arxiv görüntülərin yenidən yayılması isə sənətçinin yaradıcılığına marağın hələ də yüksək olduğunu göstərir.

Musa
Milli.Az

Seçilən
70
3
milli.az

4Mənbələr