AZ

İran "Dəli" əməliyyatını başlatdı

İran hakimiyyəti ABŞ və İsrailə qarşı "Dəli" (Madman) adlı əməliyyat hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, plan 12 günlük müharibədən sonra, respublika rəhbərliyi yeni toqquşmanın qaçılmazlığını dərk etməyə başladıqda hazırlanıb. Mənbələr dəqiqləşdiriblər ki, əməliyyatın məqsədi münaqişəni təkcə İsrail və ABŞ üçün deyil, həm də ərəb ölkələri üçün həddindən artıq baha başa gələn bir vəziyyətə gətirməkdir.

Materialdan bəlli olur ki, əməliyyatın birinci mərhələsində İsrailə zərbələr endirilməsi, ikinci mərhələdə isə ərəb ölkələrindəki ABŞ hərbi bazalarına hücumlar planlaşdırılıb. Üçüncü mərhələdə İran mülki obyektlərə, o cümlədən hava limanlarına, otellərə və səfirliklərə zərbələr endirmək niyyətindədir. NYT yazır ki, İran artıq planın icrasına başlayıb.

Seçilən
41
publika.az

1Mənbələr