AZ

Qazaxıstanda vibrasiyadan enerji istehsal edən qurğu hazırlanır

ain.az bildirir, Oxu.az portalına istinadən.

Qazaxıstanın Satbayev Universitetinin alimləri ətraf mühitdəki mexaniki vibrasiyaları elektrik enerjisinə çevirən kompakt qurğu üzərində işləyirlər.

Oxu.Az Baq.kz portalına istinadən xəbər verir ki, cihaz uzaq və çətin əlçatan ərazilərdə yerləşən avtonom sensorların enerji ilə təmin edilməsi üçün nəzərdə tutulub.

Qurğunun işi elektromaqnit induksiyası prinsipinə əsaslanır: maqnit və sarğının hərəkəti nəticəsində yaranan elektrik siqnalı sensorları qidalandıra bilər.

Layihənin yaşıl texnologiyaların inkişafına töhfə verə biləcəyi qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
135
oxu.az

1Mənbələr