AZ

Səudiyyə Ərəbistanı İrana cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib

Səudiyyə Ərəbistanı Tehrana açıq şəkildə bildirib ki, Ər-Riyad İranın ABŞ-la münaqişəsinin diplomatik yolla həllinə üstünlük versə də, krallığa və onun enerji sektoruna qarşı növbəti hücumlar səudiyyəliləri də eyni şəkildə cavab verməyə məcbur edə bilər.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətlə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu mesaj İran prezidenti Məsud Pezeşkyanın şənbə günü çıxışından əvvəl çatdırılıb.

Çıxışında Pezeşkyan, İranın mülki hədəflərə endirdiyi zərbələrdən sonra regional narazılığı azaltmaq üçün Tehranın hərəkətlərinə görə Fars körfəzi ölkələri də daxil olmaqla qonşu dövlətlərdən üzr istəyib.

Seçilən
28
far.az

1Mənbələr