AZ

"Hizbullah" döyüşçüləri Livanın cənubunda İsrail karvanını atəşə tutub

"Hizbullah" döyüşçüləri Livanın cənubunda İsrail karvanını atəşə tutub

Livanın cənubundakı Marun ər-Ras kəndi yaxınlığında "Hizbullah" qüvvələri İsrailin mexanikləşdirilmiş hərbi karvanına hücum edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qruplaşmanın rəsmi məlumatında bildirilib. Qeyd edilir ki, Avivim yaşayış məntəqəsindən gələn "düşmən qüvvələri" toplardan və minaatanlardan atəşə tutulub.

Eyni zamanda Aytarun şəhəri yaxınlığındakı sərhəd postunda da İsrailin hərbi maşınlarının hədəf alındığı və bu zərbələrin İsrail ordusunun Livanın daxilinə doğru irəliləməsini dayandırdığı bildirilir.

"Son 24 saat ərzində "Hizbullah" tərəfindən İsrailin şimalına 100-dən çox raket atılıb; zərbələrə məruz qalanlar arasında hərbi qərargahlar, kazarmalar və Kiryat-Şmona ilə Nahariya şəhərindəki strateji obyektlər var" - deyə məlumatda bildirilir.

Seçilən
77
afn.az

1Mənbələr