AZ

Ronaldusuz “Əl Nəsr” “Neom”u məğlub edib

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Səudiyyə Ərəbistanı Pro Liqasının 25-ci turunun “Əl-Nəsr” və “Neom” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç “Əl-Əvvəl Park” stadionunda (Ər-Riyad, Səudiyyə Ərəbistanı) baş tutub. Meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Matçda yeganə qolu ev sahibi komandanın müdafiəçisi Məhəmməd Simakan 90+5-ci dəqiqədə vurub.

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu əvvəlki turda “Əl-Feyha”ya (3:1) qarşı oyunda zədə alaraq müalicə üçün İspaniyanın Madrid şəhərinə yollanıb.

Səudiyyə Ərəbistanı Premyer Liqasında 25 oyundan sonra “Əl-Nəsr” 64 xalla turnir cədvəlinə başçılıq edir. “Neom” 32 xalla səkkizinci yerdədir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
1
icma.az

2Mənbələr