
ABŞ prezidenti Donald Tramp İrana qarşı davam edən hərbi qarşıdurma çərçivəsində kürd birləşmələrindən istifadə etmək niyyətində olmadığını bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tramp müvafiq mövzu ilə bağlı danışarkən deyib: "Mən kürdlərin İrana daxil olmasını, vəziyyətin daha da mürəkkəbləşməsini istəmirəm".
Qeyd edək ki, fevralın sonunda ABŞ və İsrailin başladığı hərbi əməliyyatlar fonunda kürd amili regionda mühüm müzakirə mövzularından birinə çevrilib. Trampın bu bəyanatı Ağ Evin kürdlərə tam dəstək vədi və onların mümkün üsyanı ilə bağlı bir neçə gün əvvəl yayılan məlumatlardan sonra səslənib.
Müşahidəçilərə görə, Vaşinqton kürd kartından istifadə etməklə Türkiyə və İraq kimi regional tərəfdaşlarla münasibətləri gərginləşdirməkdən çəkinir.