AZ

Sumqayıtda avtomobil Paraolimpiya kompleksinin hasarını dağıdıb

BAKI, 8 mart. TELEQRAF

SUMQAYIT, 8 mart. TELEQRAF

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 47-ci məhəllə ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Opel” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarından çıxaraq Paraolimpiya kompleksinin ərazisini əhatə edən hasara çırpılıb. Güclü zərbə nəticəsində hasarın bir hissəsi dağılıb.

Qəza zamanı avtomobilə də ciddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırma aparılır, baş vermə səbəbləri dəqiqləşdirilir.

Seçilən
13
teleqraf.com

1Mənbələr