AZ

İsrailin İran üçün hələ sürprizləri var - Netanyahu

İsrailin İran üçün hələ sürprizləri var - Netanyahu

İsrail İrana qarşı zərbələri tam gücü ilə davam etdirir və bu kampaniya üçün İsrailin planlarında hələ "çoxlu sürprizlər" hazırlanıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Bizim planımız var, orada çoxlu sürprizlər mövcuddur. Biz İran xalqına rejimi devirməyə kömək edəcək şərait yarada biləcəyik. Hər şey haqqında danışa bilmərəm", – deyə o, İsrail televiziyası tərəfindən yayımlanan videomüraciətində bildirib.

Eyni zamanda, Netanyahu növbəti dəfə İran sakinlərini "öz taleyini öz əllərinə almağa" və ölkədəki hakimiyyəti dəyişməyə çağırıb. O, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərinə müraciət edərək onları silahı yerə qoymağa səsləyib.

Seçilən
13
afn.az

1Mənbələr