“Asan qələbə olmadı”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Absheron Lions"ın baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının 18-ci turunda NTD-ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb: “Cəzalı və xəstə (qrip) olan oyunçularımız var idi. Trevion Lamar və Gediminas Orelik heyətdə qeyd etdiyim səbəblərdən bizə kömək edə bilmədilər. Milli komanda fasiləsində ölkəsinə gedən oyunçular var idi. Bu səbəbdən yaxşı hazırlaşmamışdıq. Demək olar ki, cəmi 3 məşq keçmişik. Bu məşqlərdə də məhz bu gün etdiyimiz zona müdafiəsini sınaqdan keçirdik. Normalda biz bunu etmirik. Ümumiyyətlə bu müdafiədən istifadə etmirik. Lakin bu gün foul problemi olma ehtimalları fonunda oyunu 5 legionerlə bitirə bilməmək təhlükəsi səbəbindən məhz belə müdafiə olunduq. Effektini gördük və Fast Breyklərdə asan xallar qazandıq. Ona görə qələbəmiz asan göründü kənardan. Basketbolçularıma təşəkkür edirəm. Qələbə münasibəti ilə təbrik edirəm. Müntəzəm mövsümdə cəmi 2 oyun qaldı. Bundan sonra daha yaxşı hazırlaşıb  "play-off"a tam hazır getmək istəyirik”.

Qeyd edək ki, matç “Abşeron Lions”un 107:88 hesablı qələbəsi ilə yekunlaşıb.