AZ

Pezeşkian böyük səhv edib, onun sözlərinə fikir verməyin SEPAH açıqlama yaydı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

İran prezidenti Məsud Pezeşkian Tehranın bundan sonra qonşu ölkələrə hücum etməyəcəyinə dair söz verməsi onun səhvi idi.

 

Demokrat.az xəbər verir ki, bu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sosial media hesabında yayılmış açıqlamadandır.

"Açıq şəkildə bəyan edirik ki, prezident Pezeşkian böyük səhv edib. O, beş saat əvvəl qonşulara hücum edilməyəcəyinə dair vəd versə də, onun bu sözlərindən sonra Dubay və Əbu-Dabiyə hücumlar edilib. Odur ki, Pezeşkianın müharibə zamanı verdiyi açıqlamalara fikir verməyin", - açıqlamada bildirilib. 

İranın Məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ecei də qonşu ölkələrə hücum ediləcəyini təsdiqləyib:

“Bəzi qonşu ölkələrə hücumlar davam edəcək. Regiondakı bəzi ölkələrin düşmənin əlində olduqları barədə məlumat almışıq və onların əraziləri İrana hücum üçün istifadə edilir”, –  Ecei bildirib. (SAVASHMEDİA.az )

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr