AZ

ABŞ Ukraynada sınaqdan keçirilmiş "Merops" sistemlərini Yaxın Şərqə göndərir

ABŞ quru qoşunları İran pilotsuz uçuş aparatlarının hücumlarına qarşı mübarizə məqsədilə Yaxın Şərqə Merops antidron sistemlərini göndərir.

APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ-da "Perennial Autonomy" şirkəti tərəfindən istehsal olunan və Ukraynada da istifadə edilən bu sistemlərdən bir hissəsi ABŞ ordusunun Avropadakı ehtiyatlarından Yaxın Şərqə göndərilib.

Həmin sistemlərlə işləmək üçün ABŞ hərbçilərinin də regiona göndəriləcəyi vurğulanıb.

Nəşr ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır ki, Ukrayna da bu sistemlərdən istifadə üzrə təcrübənin ötürülməsi üçün təlimatçılar göndərəcək.

Seçilən
47
3
apa.az

4Mənbələr