AZ

“Borussiya”dan çətin qələbə

Almaniya Bundesliqasının 25-ci turunda “Köln” ilə Dortmund “Borussiya”sı üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Köln şəhərində yerləşən “RheinEnergie” stadionunda keçirilən qarşılaşmanı baş hakim Daniel Zibert idarə edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 17-ci dəqiqədə Dortmund təmsilçisinin hücumçusu Seru Girassi açıb.

Birinci hissənin sonlarında “Köln” azlıqda qalıb. Müdafiəçi Cəxmay Simpson-Pyusi 45+2-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

İkinci hissədə “Borussiya” üstünlüyünü artırıb. 60-cı dəqiqədə Maksimilian Bayer fərqlənib.

Matçın sonlarına yaxın “Köln” bir qol vurmağa nail olub. 88-ci dəqiqədə Yakub Kaminski dəqiq zərbə ilə fərqi azaldıb.

Bu nəticədən sonra Dortmund “Borussiya”sı 55 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Köln” isə 24 xalla 13-cü yerdədir.

Seçilən
137
90deqiqe.az

1Mənbələr