AZ

Dünyada insan orqanlarının qiyməti:- ən bahalı orqan hansıdır?


Tibbdə insan orqanlarının həyati əhəmiyyəti böyükdür. Bəzi ağır xəstəliklər zamanı xəstənin həyatını xilas etmək üçün orqan transplantasiyası (orqan köçürülməsi) həyata keçirilir.

Dünyada donor çatışmazlığı səbəbindən transplantasiya çox çətin proses hesab olunur.

Rəsmi olaraq tibb sistemində orqanların satışı qanunla qadağandır və yalnız könüllü donor vasitəsilə həyata keçirilir. Lakin bəzi beynəlxalq araşdırmalar qanunsuz bazarlarda insan orqanlarının çox yüksək qiymətlərlə təklif olunduğunu göstərir.



Medicina.az insan orqanlarının qiymətlərini təqdim edir:

1.Ürək

Ürək transplantasiyası yalnız çox ağır ürək çatışmazlığı olan xəstələrdə tətbiq olunur. Qanunsuz bazarlarda ürəyin qiymətinin təxminən 500 min – 1 milyon dollar arasında olduğu iddia edilir.

2.Qaraciyər

Qaraciyər bədənin detoks sistemi sayılır və yüzlərlə həyati funksiyanı yerinə yetirir. Qaraciyərin bir hissəsi belə transplantasiya edilə bilir. Bu səbəbdən onun qiyməti də çox yüksək hesab olunur və 200–500 min dollar arasında dəyişə bilər.

3.Böyrək


Böyrək transplantasiyası dünyada ən çox edilən orqan köçürmələrindən biridir. Böyrək çatışmazlığı olan xəstələr üçün donor həyati əhəmiyyət daşıyır. Qanunsuz bazarda böyrəyin qiymətinin 70–100 min dollar arasında olduğu qeyd olunur.

4.Ağciyər


Ağciyər transplantasiyası mürəkkəb əməliyyat sayılır və nadir hallarda həyata keçirilir. Bəzi məlumatlara görə qanunsuz bazarlarda onun qiyməti 150–300 min dollar civarında göstərilir.

5. Pankreas – Mədəltı vəz

Pankreas xüsusilə ağır diabet xəstələrində transplantasiya oluna bilər. Bu orqanın qiymətinin 100–250 min dollar civarında olduğu bildirilir.

Rəsmi tibbdə orqan köçürülməsi yalnız xüsusi qaydalarla aparılır. Bunun üçün: donor razılığı olmalıdır uyğun tibbi testlər aparılmalıdır əməliyyat yalnız ixtisaslaşmış klinikalarda həyata keçirilməlidir Bu proses beynəlxalq tibbi etik qaydalar və qanunlarla ciddi şəkildə nəzarət olunur.

Aygün Musayeva



Seçilən
9
1
medicina.az

2Mənbələr