AZ

Pezeşkiana fikir verməyin, qonşu ölkələrə hücum edəcəyik!

Prezident Pezeşkian qonşu ölkələrə hücum olmayacağını bəyan etməklə səhvə yol verib və qüvvələrimiz bunu açıq şəkildə nümayiş etdirib.

Turkustan.az xəbər verir ki, bu barədə SEPAH-a bağlı olan “SEPAH Pasdaran” Teleqram kanalı yazıb.

“Onun sözləri beş saat əvvəl deyilib və o vaxtdan bəri Dubay və Əbu-Dabi hücuma məruz qalıb. Müharibə zamanı Pezeşkianın açıqlamalarını qulaqardına vurun”, - deyə bildirilib.

Qeyd edək ki, bundan əvvəl İranı hazırda idarə edən Müvəqqəti Rəhbərlik Şurasının üzvü, İran Məhkəmə Hakimiyyətinin başçısı Qulamhüseyn Möhsün Ejei də Pezeşkianı təkzib etmiş, "Bəzi qonşu ölkələrə hücumlar davam edəcək. Regiondakı bəzi ölkələrin düşmənin əlində olduqlarına dair məlumat almışıq və onlardan İrana hücum üçün istifadə edilir” demişdi./axar.az/

Seçilən
30
turkustan.az

1Mənbələr