ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
ABŞ-ın Milli Kəşfiyyat Şurası Vaşinqtonun İrana qarşı həyata keçirdiyi hərbi kampaniyanın ölkədə rejim dəyişikliyinə səbəb olacağına şübhə ilə yanaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, müvafiq hesabat ABŞ və İsrailin hərbi əməliyyatlara başlamasından təxminən bir həftə əvvəl hazırlanıb. Sənəddə İranda mövcud hakimiyyətin devrilməsi və müxalifətin hakimiyyətə gəlməsi ehtimalı olduqca aşağı qiymətləndirilib.
Məlumata görə, hesabatda İranda hakimiyyətin dəyişməsi ilə bağlı bir neçə ssenari təhlil olunub. Bu ssenarilərdən biri ölkə rəhbərliyinə qarşı hədəfli hücumlar, digəri isə dövlət institutlarına və rəhbərliyə qarşı daha genişmiqyaslı hərbi əməliyyatları nəzərdə tutur. Lakin kəşfiyyat analitikləri belə nəticəyə gəliblər ki, hətta ölkənin ali rəhbəri Əli Xamenei öldürülsə belə, İran rəhbərliyi hakimiyyətin davamlılığını təmin etmək üçün nəzərdə tutulmuş prosedurlara uyğun şəkildə fəaliyyət göstərəcək.
Qeyd olunur ki, ABŞ-ın Milli Kəşfiyyat Şurası ölkənin 18 kəşfiyyat agentliyinin mövqeyini əks etdirən məxfi analitik qiymətləndirmələr hazırlayan təcrübəli ekspertlərdən ibarətdir.
Nəşr yazır ki, kəşfiyyatın bu “realist” qiymətləndirməsi Donald Trump administrasiyasının Yaxın Şərqdəki hərbi kampaniyanın uzana biləcəyini istisna etmədiyi bir vaxtda ortaya çıxıb.
Bununla belə, hesabatda ABŞ-ın İranda mümkün quru əməliyyatı keçirməsi və ya kürd qüvvələrinin silahlandırılaraq üsyana təşviq edilməsi kimi ssenarilərin nəzərdən keçirilmədiyi qeyd olunur. Həmçinin sənəddə təsvir edilən genişmiqyaslı hərbi kampaniyanın ABŞ-ın başladığı əməliyyatla tam uyğun olub-olmadığı da aydın deyil.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.