AZ

Ata və oğul dəm qazından boğulubVİDEO

Martın 6-sı Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində ata və onun oğlu dəm qazından boğulub.

Xezerxeber.az-ın məlumatına görə, 43 yaşlı Ruslan Məmmədov və 16 yaşlı oğlu Yusif Məmmədli dəm qazının növbəti qurbanına çevriliblər.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, saat 16:10 radələrində Sahil qəsəbəsi,  Bəxtiyar Əliyev 52 ünvanından dəm qazından zəhərlənmə səbəbilə çağırış qeydə alınıb. Ünvana təcili tibbi yardım briqadası cəlb olunub, 2 nəfərin  həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
93
xezerxeber.az

1Mənbələr