AZ

Paralimpiya Oyunlarının açılış mərasimində Rusiya fitə basıldı...

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Ukrayna bayrağının açılışı uzun sürən alqışlarla qarşılandı...

...İtaliyada keçirilən 2026-cı il Qış Paralimpiya Oyunlarının açılış mərasimi zamanı tamaşaçılar Rusiya nümayəndə heyətinin milli bayraqlarını daşıyaraq arenadan keçərkən onları fitə basıblar.

Beynəlxalq Paralimpiya Komitəsinin rusların öz bayraqları altında iştirak etməsinə icazə vermək qərarı əvvəllər Ukrayna da daxil olmaqla bir neçə ölkənin mərasimi boykot etməsinə səbəb olmuşdu.

SİA-nın əldə etdiyi məlumata görə, açılış mərasimi 6 martda Verona Arenasında baş tutub.

Qeyd edilir ki, 2014-cü ildən bəri ilk dəfə olaraq Rusiya komandası Paralimpiya Oyunlarına milli bayraqlarını daşıyaraq daxil olub.

AFP-nin məlumatına görə, Rusiya nümayəndə heyəti stadiona daxil olanda tribunalardan fitə basılıb.

İdmançılar və komanda rəsmiləri tamaşaçıların qarşısında parad keçiriblər.

Qeyd edək ki, Beynəlxalq Paralimpiya Komitəsi Rusiyadan altı, Belarusdan isə dörd idmançıya yarışmaq üçün icazə verib.

...Ukrayna da daxil olmaqla bir neçə ölkə açılış mərasimini boykot etdiyini elan edib. Rusiya komandası arenaya daxil olduqdan sonra Ukrayna bayrağı qaldırılıb.

AFP xəbər verir ki, Ukrayna bayrağını iki könüllü daşıyıb və rəsmi şəxslər mərasimdə iştirak etməyiblər.

Agentliyin məlumatına görə, Ukrayna bayrağının peyda olması tamaşaçılar tərəfindən uzun sürən alqışlarla qarşılanıb.

Nazlı Almuradova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
sia.az

2Mənbələr