AZ

Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirəETDİ - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuralıyev ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda müşahidə olunan eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.

İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları pislənilib, bu hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi bildirilib.

Artan geosiyasi gərginliklər və beynəlxalq təhlükəsizlik mühitində TDT çərçivəsində həmrəyliyin və koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan və Özbəkistan xarici işlər nazirləri görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidovla görüşüb.

Nazirlər Azərbaycan və Özbəkistanın strateji əlaqələri, siyasi, iqtisadi və regional sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, həmçinin TDT çərçivəsində koordinasiya ilə bağlı mövzuları müzakirə ediblər. 

Yaxın Şərqdə davam edən hərbi eskalasiya ilə bağlı da fikir mübadiləsi aparılıb.

2
Seçilən
6
11
redaktor.az

10Mənbələr