AZ

İcra başçısı vəfat edən qazinin yas mərasimində iştirak edib

Ağstafa rayonunun Yenigün kəndindən olan, 44 günlük Vətən müharibəsi qazimiz Kənan İbarət oğlu Aşırovun doğma evində yas mərasimi keçirilib...

Poliqon Mediaxeberleri.Az portalına istinadən xəbər verir ki, icra başçısı Seymur Orucov və vəzifəli şəxslər rayonun Yenigün kəndində yas mərasimində K.Aşurovun valideyiinləri ilə görüşüb, onlara başsağlığı veriblər.

Qazimizin valideynlərinə, doğmaları və yaxınlarına dərin hüzünlə baş sağlığı verilib, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən Vətən övladlarının ruhuna dualar oxunub.

Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən qazimizin dəfn xərclərinin qarşılanması üçün ailəsinə maddi yardım göstərilib. Eyni zamanda yas mərasimlərinin keçirilməsi üçün lazımi avadanlıqlarla birlikdə çadır quraşdırılıb. Qazinin məzar daşının hazırlanması da Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən təmin olunacaq.

Bildirilib ki, qazimizə Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə maddi yardım göstərilib, həmçinin atasının müalicəsi üçün də maddi dəstək olunub.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğı göstərir.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizin sağlamlıqlarına qovuşmasını diləyirik!

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr