AZ

Tramp: Ukraynada münaqişəni nizamlamağa çalışmaqla Avropaya yaxşılıq edirəm

ain.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həlli istiqamətində səylər göstərdiyini və bunu Avropaya görə etdiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə o, Florida ştatının Doral şəhərində keçirilən "Amerika qalxanı" sammitində çıxışı zamanı deyib.

"Bilirsiniz, bu məsələ bizə elə də təsir etmir, çünki aramızda okean var. Mən bununla Avropaya yaxşılıq edirəm", - deyə Tramp bildirib.

O, həmçinin Ukraynadakı münaqişənin nizamlanmasının yaxın olduğunu iddia edib.

"Mən səkkiz müharibəni nizamlamışam və düşünürəm ki, daha biri də yoldadır. Mənə elə gəlirdi ki, bunu həll etmək ən asanı olacaq. Görək nə olacaq. Biz dəfələrlə nizamlanmaya çox yaxın olmuşuq", - deyə ABŞ prezidenti əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
3
oxu.az

4Mənbələr