Bu gün Azərbaycanın qadınlardan ibarət millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2-ci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçilik etdiyi komanda səfərdə Macarıstanla üz-üzə gəlib. C Liqasının 3-cü qrupunun matçında yığmamız 0:1 hesabı ilə rəqibinə məğlub olub.
Qeyd edək ki, komandamız növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan millisi ilk matçda Şimali Makedoniyaya 2:0 hesabı ilə qalib gəlib.