AZ

"Üç gün ərzində İranın 42 hərbi gəmisini məhv etdik" -Tramp

"İran ərazisində həyata keçirilən hərbi əməliyyatlar zamanı ölkənin hərbi potensialına ciddi zərbələr endirilib".

Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.

"Biz İranda çox yaxşı işlədik. Nəticəni görürsünüz və bu, heyrətamiz idi. Üç gün ərzində biz 42 hərbi gəmini məhv etdik, onların bəziləri çox böyük idi. Bu, onların hərbi-dəniz qüvvələrinin sonu oldu. Biz onların hərbi hava qüvvələrini məhv etdik. Onların rabitə sistemlərini sıradan çıxardıq və bütün telekommunikasiya əlaqələri kəsildi. Onların necə əlaqə saxlayacağını bilmirəm, amma yəqin ki, bir yol tapacaqlar. Bu isə çox da yaxşı alınmır", - deyə ABŞ prezidenti bildirib.

Seçilən
58
4
redaktor.az

4Mənbələr