Son günlər sürücülər paytaxtın Nərimanov rayonunda, Ziya Bünyadov prospektindən Əhməd Rəcəbli istiqamətinə gələrkən ərazidən geriyə dönməyə görə 40 manat cərimə edilirlər.
Xezerxeber.az-ın məlumatına görə, sürücülər iddia edirlər ki, təmir getdiyinə görə xeyli müddətdir hərəkət belə təşkil edilib. Lakin yolun bu hissəsindən geriyə dönən zaman cərimə olunurlar.
Bakı şəhər DYPİ İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, qeyd olunan ərazidə sürücülər tərəfindən nişanlanma xətlərinin tələbləri pozulduğu üçün inzibati qaydada məsuliyyətə cəlb olunurlar. Əlavə olaraq da sözügedən ərazidə məcburi hərəkət istiqaməti nişanı da mövcuddur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.