AZ

Vuçiç: “Türk Axını”nı Serbiya ordusu mühafizə edəcək

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Serbiya qoşunları “Türk Axını” qaz boru kəmərinin Serbiya və Bolqarıstan ərazisindən Macarıstana gedən hissəsində, Cəbari bələdiyyəsində yerləşən kompressor stansiyasının mühafizəsinə cəlb olunacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandar Vuçiç milli inkişaf strategiyasının təqdimatı zamanı bildirib.

“Dünyada baş verən ümumi xaos səbəbindən müxtəlif hücumlar baş verə biləcəyindən narahatam. Ordumuz birbaşa Cəbari bələdiyyəsindəki əsas kompressor stansiyasının təhlükəsizliyini təmin edəcək,” – deyə Vuçiç vurğulayıb.

Fevralın 24-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin kollegiyasında çıxış edən Rusiya prezidenti Vladimir Putin isə Qara dənizdən keçən “Türk Axını” və “Mavi Axın” boru kəmərlərinə partlayıcı hücumların mümkünlüyü barədə xəbərdarlıq etmişdi. Martın 4-də Kremlin görüşündə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Naziri Peter Sıyarto ilə görüşən Putin, Kiyevin “Türk Axını”nı partlatmaq üçün hazırlıq gördüyü barədə məlumat verib. Budapeşt isə kritik enerji obyektlərinin Kiyevdən gələcək mümkün diversiyalara qarşı qorunmasını gücləndirmək qərarı alıb.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
103
icma.az

1Mənbələr