AZ

Bakı yollarında sol zolaq problemi: Ekspert açıqlama verdi VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Redaksiyamıza göndərilən videogörüntüdə axşam saatlarında Heydər Əliyev prospektində “Kia Sonet” markalı, 77-ZB-290 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə bağlı diqqət çəkən məqam əks olunub. Bildirilir ki, sürət həddi 90 km/saat olan yolda avtomobil 60 km/saat sürətlə hərəkət etməsinə baxmayaraq, arxadan gələn və ötmə əməliyyatı etmək istəyən sürücülər səs və işıq siqnallarından istifadə etsələr də, onlara yol verilməyib. Əsasən Bakı şəhəri daxilində belə hallara tez-tez rast gəlinir.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı avtoekspert Elməddin Muradlı Patrul.az-a açıqlamasında bunları bildirib:

“Bu, bir az qarışıq məsələdir. Sürücülər burada müəyyən qayda pozuntusuna yol verirlər. Birincisi, sol zolaq məsələsidir. Sürücülər 90 km/saat sürət həddi olan yolda sol zolağı tutaraq 60 km/saat sürətlə hərəkət edirlər. 110-luq yolda isə daha aşağı sürətlə avtomobili sürürlər. Amma sol zolağın ‘sürətlənmə zolağı’ olduğunu başa düşmək lazımdır. Yəni sən aşağı sürətlə gedirsənsə, sol zolaqda nə işin var?

Buna görə də sürücülər mütləq ‘ötmə manevri’ qaydasını həyata keçirdikdən sonra sol zolağı boş saxlamalıdırlar. Ya da normal sürətlə hərəkəti davam etdirməlidirlər”.

“Bəzi sürücülər isə bildirirlər ki, orada 60 yazıldığına görə mən də 60 km/saat sürətlə gedirəm. Bu yaxşı yanaşmadır. Amma bəlkə birinin vacib işi var?! Yaxud kimsə hansısa səbəbdən elə sürür. Bunun sənə nə dəxli var? Niyə insanların yolunu kəsirsən? Bu, heç kimin səlahiyyətində olan məsələ deyil ki, orada nə yazılıbsa, ona uyğun da hərəkətini davam etdirəsən. Bu yanaşma düzgün deyil. Cərimə olunsa da, bu qaydanı pozan şəxs cərimələnəcək”.

“Bir sözlə, sürətlənmə zolağını (sol zolağı) daim boş saxlamaq lazımdır. Və ya ‘ötmə əməliyyatı’ aparıb başqalarının yolunu kəsməmək lazımdır. Bununla bağlı hazırda cərimə nəzərdə tutulmur. Yəni ‘yüksək sürətli yolda aşağı sürətlə hərəkət edən sürücüyə cərimə tətbiq olunacaq’ kimi bir mexanizm yoxdur. Bəzi sürücülər də yol-hərəkəti qaydalarını bilmədikləri üçün belə vəziyyət yaranır. Ona görə problemimiz bir az böyükdür. Ümid edirik ki, nə vaxtsa bunu öyrənib əməl edəcəklər”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
avtosfer.az

1Mənbələr