Son vaxtlar KİV və sosial şəbəkələrdə Türkiyə və Azərbaycana qarşı dezinformasiya və təxribat xarakterli paylaşımların sayı artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Qurum qeyd edib ki, tarixə və ortaq dəyərlərə əsaslanan iki ölkə arasındakı münasibətlər keçmişdə də müxtəlif sınaqlardan uğurla çıxıb:
“Bu gün Türkiyə və Azərbaycanın əməkdaşlığına prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev rəhbərlik edir və “Bir millət, iki dövlət” şüarı tərəfdaşlığın əsas prinsipi olaraq qalır.
İctimaiyyətdən xahiş edirik ki, məntiqli çərçivədən kənara çıxan açıqlamalara qarşı diqqətli olsun və kritik məsələlərin müzakirəsi zamanı Türkiyə və Azərbaycan hakimiyyətinin rəsmi bəyanatlarını əsas götürsün”.

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta