Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı aparıb.
AZƏRTAC xəbər verir ki, telefon danışığı zamanı bölgədə yaranmış gərginlik müzakirə edilib.
Ərdoğan Türkiyənin İranla bağlı vəziyyəti yaxından izlədiyini bildirib və qeyd edib ki, müdaxilələrin uzun müddət davam etməsi regional və qlobal sabitliyə ciddi zərər verə bilər. Türkiyə Prezidenti vurğulayıb ki, dialoq platformasının yaradılması üçün hələ də müəyyən addımlar atmaq mümkündür və Ankaranın sülhə yönəlmiş səyləri davam edir.
Telefon danışığı zamanı tərəflər, həmçinin ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.