AZ

Yük avtomobilləri yolu daraldır Sürücülər narazıdırlar FOTO VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yük avtomobillərinin yol kənarında park edilməsi sürücülərin narazılığına səbəb olub. Bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, qəsəbənin Xurşidbanu Natəvan küçəsində nəqliyyatın hərəkətinin intensiv olmasına baxmayaraq, iritonnajlı yük avtomobilləri yol kənarında park olunur. Bu isə yolun hərəkət hissəsinin daralmasına, həmçinin digər sürücülər üçün təhlükəli vəziyyətin yaranmasına və qəza riskini artırmasına səbəb olur.

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirdi ki, məlumat daxil olan kimi əraziyə YPX əməkdaşları baxış keçiriblər.

"Sözügedən yolda Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən dayanma və durma qaydalarını pozaraq yolun buraxıcılıq qabiliyyətinin azalmasına, eyni zamanda sıxlıqların yaranmasına səbəb olan yük avtomobillərinin sürücüləri barəsində qanuna müvafiq tədbirlər görülüb", - deyə T.Nəsirli vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
120
avtosfer.az

1Mənbələr