AZ

22 yaşlı şəxs 94 yaşlı qadına təcavüz etdi, tutuldu - VİDEO

ABŞ-nin Luiziana ştatının Baton-Ruj şəhərində baş verən hadisə geniş ictimai qəzəbə səbəb olub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 22 yaşlı Ceremai Teylor 94 yaşlı qadına təcavüz etmək ittihamı ilə həbs edilib.

Səlahiyyətlilər hücumun son dərəcə ciddi nəticələrə səbəb olduğunu bildiriblər. Məlumata görə, yaşlı qadın hücum zamanı sümükləri sınıb.

Baton-Ruj Polis Rəisi TJ Mors mətbuat konfransında hadisə ilə bağlı danışarkən şübhəli şəxsin keçmişinə görə olduqca qəzəbli göründüyünü söyləyib.

Polis rəisi bildirib ki, C.Teylor əvvəllər təcavüz, oğurluq və icazəsiz girməyə görə saxlanılıb, lakin onun barəsindəki sonuncu həbs qərarı nədənsə prokurorluq tərəfindən rədd edilib.

Məlumata görə, Teylorun son həbsi rayon prokuroru Hillar Murun ofisi tərəfindən ləğv edilib.

Hadisədən sonra həm polis şöbəsi, həm də ictimaiyyət şübhəlinin əvvəlki məhkumluqlarına baxmayaraq necə azadlığa buraxılmasını sual edir.

Billurə

Seçilən
71
1
olke.az

2Mənbələr