BAKI, 7 mart. TELEQRAF
Rusiya Tehran və Bakını düşünülməmiş addımlardan çəkinməyə və regionda yeni bölücü xətlər yaratmamağa çağırıb.
Teleqraf xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, ABŞ və İsrail kollektiv Qərbə tabe olmaqdan imtina etdiyinə görə İrandakı qanuni hökuməti devirməyə çalışırlar: "Belə bir gərgin vəziyyətdə Naxçıvana dron hücumu ilə bağlı bütün hallar hərtərəfli araşdırılmalıdır".