AZ

“Arsenal” “Mensfild Taun”u məğlub edərək İngiltərə Kubokunun 1/4 finalına yüksəlib - VİDEO

“Mensfild Taun” və “Arsenal” arasında keçirilən İngiltərə Kubokunun beşinci raund matçı başa çatıb.

İdman.Biz bildirir ki, İngiltərə Premyer Liqası komandası 2:1 hesabı ilə qalib gələrək ¼ finala çıxıb. Oyun Mensfilddəki “One Call” stadionunda baş tutub.

Noni Madueke 41-ci dəqiqədə hesabı açaraq qonaqların hesabda irəli çıxmasını təmin edib. 50-ci dəqiqədə Uill Evans hesabı b\rabərləşdirib. 66-cı dəqiqədə Ebereçi Eze qələbə qolunu vurub.

Dörddəbir final oyunlarının püşkatması 9 martda keçiriləcək.

İdman.Biz
Seçilən
114
1
idman.biz

2Mənbələr