“Mançester Yunayted”in qapıçısı Andre Onana cari mövsümü icarə əsasında “Trabzonspor”da keçirir.
90deqiqe.Az-ın "Manchester Evening News"a istinadən məlumatına görə, Türkiyə klubu yay transfer pəncərəsində 29 yaşlı qapıçını 46 milyon avroya almağa hazır olmadığını İngiltərə klubuna bildirib.
Hazırda kamerunlu oyunçunun gələcək mövsüm hansı komandada çıxış edəcəyi hələ müəyyən deyil.
Bu mövsüm Onana Türkiyə klubunun heyətində 21 oyunda meydana çıxıb, qapısında 31 qol görüb və 4 matçda qapısını toxunulmaz saxlayıb.
Onananın “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Ekspertlərin qiymətləndirməsinə görə, Transfermarkt portalı onun bazar dəyərini 12 milyon avro olaraq göstərir.