AZ

“Sumqayıt” “Karvan-Yevlax” heç-heçə etdi

Misli Premyer Liqasında XXIII turun oyunlarına start verilib.

90deqiqe.Az xəbər verir ki, turun ilk matçında “Sumqayıt” səfərdə “Karvan-Yevlax” komandası ilə 1:1 hesablı heç-heçə edib.

Yevlax şəhər stadionunda keçirilən qarşılaşmada qonaqların heyətində Səbuhi Abdullazadə 51-ci dəqiqədə penalti zərbəsi ilə hesabı açıb. Ev sahibləri isə 90+3-cü dəqiqədə Coy Sleyd Mikelsin qolu ilə bərabərlik qolunu vurub.

Bu nəticədən sonra “Sumqayıt” 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb, 8 xala malik “Karvan-Yevlax” isə sonuncu – 12-ci pillədədir.

XXIII tur martın 10-da yekunlaşacaq.

Seçilən
43
5
90deqiqe.az

8Mənbələr