“Mançester Yunayted”in hücum yarımmüdafiəçisi Meyson Mount yaxın gələcəkdə klubunu dəyişdirməyi planlaşdırmır.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, 27 yaşlı futbolçu cari mövsümdə daha əmin hiss etdiyindən yayda komandadan ayrılmaq niyyətində deyil.
İngiltərə millisinin üzvü əvvəlki illərdə zədələrdən əziyyət çəksə də, bu mövsümdə o qədər çox oyun buraxmayıb.
Cari mövsümdə Mount bütün turnirlər üzrə 19 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir. Transfermarkt portalı hücumçunun bazar dəyərini 32 milyon avro qiymətləndirir.