AZ

Bayramovun Türkiyəyə səfəri: İranla bağlı nələr danışılacaq?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Xarici naziri Ceyhun Bayramovun martın 7-də Türkiyəyə səfər etdiyi açıqlanıb. Məlumata görə, Bayramovun səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.

Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan XİN rəhbərinin Türkiyə səfəri regionda hərbi böhranla bağlıdır:

“İranın Naxçıvana PUA zərbəsi fonunda əlaqələrin kəskinləşməsi, İranda davam edən böhran və kürd qruplaşmalarının qurudan hücumlara başlaması Azərbaycan və Türkiyəni narahat edən əsas məsələlərdəndir. Bakı və Ankara regionda koordinasiyalı şəkildə fəaliyyət göstərir, təhlükəsizlik çağırışlarına birgə cavab verirlər.

Məhəmməd Əsədullazadə

Bu səfər çərçivəsində iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, İrandan gələcək təhlükələrə qarşı birgə addımların müzakirəsi mümkün ola bilər. Azərbaycan və Türkiyə hazırkı mərhələdə ciddi siyasi məsləhətləşmələr aparır. Konkret planlar və Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
107
globalinfo.az

1Mənbələr