AZ

Ceyhun Bayramov TDT-nin Baş katibi ilə İranın Naxçıvana dron hücumlarını müzakirə etdi - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev ilə İranın Naxçıvana dron hücumlarını müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, müzakirələr zamanı regional təhlükəsizlik vəziyyəti, Türk dövlətləri arasında koordinasiyanın daha da gücləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti
vurğulanıb.

Qeyd edək ki, TDT Xarici İşlər nazirləri şurasının qeyri-rəsmi iclası baş tutacaq.

Bizim.Media

Seçilən
40
13
bizim.media

10Mənbələr