“Marsel”in hücum yarımmüdafiəçisi Meyson Qrinvud Fransa çempionatını tərk etməyə yaxındır.
90deqiqe.Az-ın "Lequipe"yə istinadən məlumatına görə, 24 yaşlı futbolçunun xidmətində Səudiyyə Ərəbistanı çempionatından bir neçə klub maraqlıdır. Adı açıqlanmayan klubların artıq ingilis futbolçunun agenti ilə danışıqlara da başlayıb.
Transfer yay pəncərəsində baş tuta bilər.
Qrinvud “Marsel”lə 2029-cu ilin ortalarına qədər müqavilə öhdəliyinə malikdir və onun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.
Cari mövsümdə vinger 36 oyunda meydana çıxıb, 24 qol vurub və 8 məhsuldar ötürmə ilə diqqət çəkib.