AZ

Saşa İliç: “Beşiktaş”la oyunda “Qalatasaray”ı dəstəkləyəcəyəm

YEVLAX, 7 mart. TELEQRAF

“Avrokuboklara şans azaldığından, rəhbərlik belə qərar verib ki, akademiyanın yetirmələrinə daha çox şans verək. Ona görə, bundan sonra onların dediyi qayda ilə davam edəcəyik”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç deyib.

“Qış fasiləsində mənim tələblərim oldu, onlar alınmadı. Ola bilər, bunun nəticəsidir ki, komandanın bu gün nəticələri düşür. Mövsümün sonuna vaxt var, davam edirəm. Amma müqaviləm mövsümün sonuna qədərdir. Sonda nə qərar veriləcəksə, onda hamı biləcək”.

2004–2006-cı illərdə “Qalatasaray”ın formasını geyinmiş serbiyalı mütəxəssis Türkiyə Superliqasının XXV turunda bu gün baş tutacaq “Beşiktaş”la görüşdə sabiq klubunu dəstəkləyəcəyini deyib:

“Təbii ki, qarşılaşmanı izləyəcəyəm. “Qalatasaray”da iki mövsüm keçirdim, təbii ki, onları dəstəkləyəcəyəm. Düşünürəm, maraqlı oyun baş tutacaq”.

Seçilən
98
teleqraf.com

1Mənbələr