AZ

Bayram Beqay Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Martın 7-də Albaniya Respublikasının Prezidenti Bayram BeqayAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan PrezidentininMətbuat xidməti məlumat yayıb.

Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə AzərbaycanınNaxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib.

Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq vəqətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərinuğurlu inkişafı məmnunluqla vurğulanıb, yüksəksəviyyəli qarşılıqlısəfərlərin və təmasların əlaqələrimizin inkişafına verdiyi töhfəyətoxunulub.

Tərəflər ikitərəfli gündəlikdə yer alan məsələlərlə bağlı fikirmübadiləsi aparıblar.

Seçilən
130
41
az.trend.az

10Mənbələr