AZ

“İrandan növbəti aqressiv hərəkətləri gözləmək olar” “Bakı Tehranın planlarını alt üst edib...”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“İranın ABŞ və İsraillə müharibə apardığı bir zamanda ilk baxışda başqa ölkələri, o cümlədən qonşuluqda olan Azərbaycanı da özünə qarşı qoyması normal məntiqə sığmır. Amma, İran məntiqlə düşünsəydi, heç ABŞ ilə müharibə etməməli idi”.

Bunu “AzPolitika”ya şərhində təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib.

Onun sözlərinə gərə, Azərbaycana qarşı tarixi nifrət, müstəqilliyimizi sinirə bilməyən, güneyli soydaşlarımızı təhlükə mənbəyi kimi görən İran, hər zaman Azərbaycana qarşı fürsət axtarıb ki, hücum etsin: “Biz bunu Qarabağ müharibəsinin əvvəlində, gedişində, sonunda və antiterror əməliyyatından sonra da görmüşük. Hazırda isə İran başsız bir ölkədir və dövlət SEPAH kimi aqressiv və hər kəsin simasında düşmən axtaran bir terror təşkilatının idarəetməsindədir. Bu terror təşkilatının rəhbərliyi yerli komandirlərə xüsusi səlahiyyət verib ki, yaxın, uzaq “düşmənləri” istənilən zaman vura bilərsiniz”.

Ekspert vurğulayıb ki, Naxçıvandakı hədəflər İran üçün ən qısa məsafədədir və atılan dronların HHM tərəfindən zərərsizləşdirilməsi üçün zaman çox qısadır.

“Bir gün əvvəl Türkiyənin ərazisini, sonra da Azərbaycanın hədəfə almaqla İran bu ölkələri də təxribata çəkib cavab tədbiri görəcəklərini planlayıb və daxili auditoriyaya həm bu gün, həm də gələcək siyasətlərində düşmən obrazını formalaşdırmağı, anti - türk siyasətini rəsmiləşdirməyi hədəfləyib. Xüsusilə, Azərbaycanı bu ərəfədə raket hücumuna məruz qoyub ciddi zərərlər verməklə qorxutmağa çalışıb”, - İ.İsmayıl qeyd edib.

O, hesab edir ki, Azərbaycanın sərt diplomatik cavabları və dünya ölkələrinin dəstək nümayişi İranın planlarını alt-üst edib.

“Vəziyyətdən də çıxa bilmirlər. Belə olan halda növbəti aqressiya gözlənilirmi? Neçə ki, İranı birbaşa SEPAH və Laricani kimi qatı Azərbaycan düşmənləri idarə edir, İrandan növbəti və daha aqressiv hərəkətləri gözləmək olar”, - təhlükəsizlik eksperti vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
101
azpolitika.info

1Mənbələr