AZ

ABŞ Rusiyaya neft qadağasını yumşaldır Maliyyə naziri detalları açıqladı

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Rusiyaya qarşı neft sanksiyalarını yumşalda bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Scott Bessent “Fox Business” telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, belə bir addım Yaxın Şərqdə yaranmış gərgin enerji vəziyyəti ilə bağlı müzakirə olunur. Hazırda Hörmüz boğazı vasitəsilə neft daşınmasında ciddi problemlər yaranıb. Buna səbəb isə İsrail və ABŞ tərəfindən İran əleyhinə həyata keçirilən hərbi əməliyyatlar və Tehranın tətbiq etdiyi dəniz blokadasıdır. Dünyada istehsal olunan neftin təxminən 20 faizi məhz bu boğazdan daşınır.

Bessentin sözlərinə görə, Vaşinqton artıq yaranmış vəziyyətin həlli üzərində işləyir. Bu çərçivədə 8 mart tarixində ABŞ Maliyyə Nazirliyi Hindistanın neft emalı zavodlarına müəyyən güzəşt verib. Qərara əsasən, zavodlara artıq dənizdə olan və alıcı tapılmayan Rusiya neftini 30 gün ərzində almağa icazə verilib.

Nazir bildirib ki, bu addım Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarına ciddi təsir göstərməyəcək. Onun sözlərinə görə, əsas məqsəd İranın qlobal enerji bazarına təsir imkanlarını azaltmaq və yanacaq bazarında gərginliyi yumşaltmaqdır.

Bu arada Kreml də Yaxın Şərqdəki gərginlik fonunda Rusiya neftinə tələbatın əhəmiyyətli dərəcədə artdığını bildirmişdi.

Mövzuya münasibət ABŞ Prezidenti Donald Trampdan da soruşulub. 6 mart axşamı Ağ Evdə keçirilən dəyirmi masa zamanı “Fox News” jurnalisti Peter Doocy Prezidentdən Rusiyanın İrana ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbə endirmək üçün məlumat ötürməsi ilə bağlı iddiaları şərh etməyi xahiş edib.

Lakin Tramp suala cavab verməkdən imtina edərək onu “axmaq sual” adlandırıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
35
azpolitika.info

10Mənbələr