AZ

Britni Spirs həbsdə qala bilər

Xəbər verdiyimiz kimi, amerikalı müğənni Britni Spirs Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilib.

"Cebheinfo.az" xəbər verir ki, Axşam.az-ın məlumatına görə, "RadarOnline" ifaçının son durumu ilə bağlı məlumat yayıb. Bildirilib ki, Britni Spirs sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs cəzası ilə üzləşir.

Məsələ təkcə müğənninin sərxoş vəziyyətdə avtomobil idarə etməsində deyil, həm də üzərində həblərin tapılmasıdır. Hazırda dərmanlar qanunsuz maddələrə görə yoxlanılır. Əgər ifaçıda narkotik maddə aşkar edilərsə, Spirsə həbs cəzası veriləcək.

Mənbələrə görə, Spirs bu həbləri Meksikada əldə edib - o, onları almaq üçün mütəmadi olaraq ora gedir. Lakin onların tərkibində müxtəlif narkotik maddələrin olması ehtimalı var ki, bu da Meksikada geniş yayılıb.

Sənətçi həbs olunan zaman sinir krizi keçirib. Müğənni hönkür-hönkür ağlayıb və son dərəcə emosional olub.

"Cebheinfo.az"

Seçilən
41
cebheinfo.az

1Mənbələr