ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
Son zamanlar şəhərlərdə müasir standartlara cavab verən sərnişin avtobusların xəttə buraxılması və onların sayının artırılması istiqamətində tədbirlər görülür.
Artıq bir çox ərazilərdə köhnə avtobusların istifadəsi dayandırılır və onların əvəzinə müasir standartlara cavab verən sərnişin avtobuslardan istifadə olunur.
Maraqlıdır, ölkədə müasir standartlara cavab verən sərnişin avtobuslarla təminat tam başa çatdıqdan sonra köhnə avtobusların aqibəti necə olacaq?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda köhnə avtobuslar yeniləri ilə əvəz olunduqdan sonra həmin avtobuslar digər bölgələrdə istifadə oluna bilər:
.jpg)
“Hazırda ölkəmizdə elektrik mühərrikli avtobusların istehsalına başlanılıb. Nəticədə biz təkcə Bakı şəhərinin deyil, digər şəhərlərimizin də ictimai nəqliyyatını müasir tələblərə cavab verən, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə əvəz edə bilərik. Bildirim ki, bu proses mərhələli şəkildə həyata keçiriləcək və bütün köhnə avtobuslar dövriyyədən çıxarılacaq.
Məhz Bakı şəhərində xəttdən çıxarılan köhnə sərnişin avtobuslar ilk növbədə digər şəhərlərin ictimai nəqliyyatında istismar oluna bilər. İstehsal prosesi kütləvi hal aldıqdan sonra Bakı ilə yanaşı digər şəhərləri də yeni, müasir avtobuslarla təmin etmək mümkün olacaq”.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.