AZ

Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya növbəti təhlükəsiz təxliyəsi həyata keçirilib.


News365.az "Report"a istinadən məlumat verir ki,  "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.


Təxliyə reysi vasitəsilə ümumilikdə 200 nəfərdən çox vətəndaşın Azərbaycana qayıdışı təmin edilib.

Seçilən
100
41
news365.az

10Mənbələr