AZ

ChatGPT dən imtina edənlərin sayı sürətlə artır

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ vətəndaşları iş adamı, milyarder Sem Altmanın rəhbərlik etdiyi "OpenAI" şirkətinin rəsmi Pentaqonla əməkdaşlığı barədə yayılan məlumatlardan sonra şirkətə etibarlarını itiriblər.

Reytıng.az-ın məlumatına görə, sözügedən şirkətlə ABŞ hərbi idarəsi arasında öhdəlik bağlılığından şübhəyə düşən istifadəçilərin əksəriyyəti "ChatGPT" tətbiqini kütləvi şəkildə silməyə başlayıblar. Bir gün ərzində silinmələr 295 faiz artıb.

Məlumata görə, "Anthropic" şirkətinin yeni "Claude" tətbiqinin yüklənməsi kəskin şəkildə artıb və ABŞ-da "App Store" reytinqi üzrə birinci yerə yüksəlib.

Amerikalı istifadəçilər işlətdikləri "ChatGPT" funksiyasına aşağı qiymətlər veriblər ki, bu da birulduzlu rəylərin sayının şənbə günü 775 faiz, bazar günü isə iki dəfə çoxalması ilə nəticələnib.

"ChatGPT" göstəriciləri ilə bağlı məlumatlar "Appfigures", eləcə də "Similarweb" analitik platformalarının apardığı araşdırmalardan sonra bir daha təsdiqlənib.

Bildirilib ki, artıq "ChatGPT" amerikalıların hədəfinə çevrilib və onun ən böyük rəqibi sayılan "Claude" tətbiqi isə ABŞ sərhədlərinin xaricindəki altı ölkədə "iPhone" üçün pulsuz tətbiqlərin arasında ilk dəfə liderə çevrilməklə, birinci yerə yüksəlib.

ABŞ vətəndaşı olan istifadəçilərin fikrincə, "OpenAI" ilə müqavilə Pentaqonun nəzarəti altına keçmək, şəxsi həyata müdaxilə, eyni zamanda da müxtəlif vasitələrlə izləmələrə və insanların hüquqi azadlığına açıq-aşkar məhdudiyyətlər yaratmaq deməkdir.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
reyting.az

1Mənbələr