AZ

Zuddasın hərəkətinə görə “Sabah” bəyanat yayacaq?

22-ci turun “Qarabağ” - “Sabah” oyununun 84-cü dəqiqəsində Valerio Zuddasın qeyri-etik jesti və AFFA İntizam Komitəsinin buna görə onu cəzalandırmaması ölkə gündəmini zəbt edib. Artıq AFFA açıqlama verib, məsələyə yenidən baxılacağı bildirilir.

Bəs “Sabah”ın bununla bağlı bəyanat, açıqlamaq, aydınlatma yaymaq fikri var? Valdas Dambrauskas Qurban Qurbanovdan üzr istəsə də, klub prezidenti Maqsud Adıgözəlov mediaya danışsa da, rəsmi bəyanat yoxdu.

Bəs olacaqmı?

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov “Football-plus.az”a açıqlama verdi:

“Bu məsələ ilə bağlı “Sabah” olaraq, istər klub prezidenti səviyyəsində ölkə mediasına, istərsə də baş məşqçimiz oyunsonrası mətbuat konfransında fikrini bildirib. Fikrimcə, qeyd etdiyim açıqlamalar klubun mövqeyini kifayət qədər əks etdirir”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
19
1
football-plus.az

2Mənbələr