AZ

Madrid klubu PSJ nin yarımmüdafiəçisindən əl çəkmir

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Madrid "Atletiko"su heyətini gücləndirməyə davam edir və PSJ-nin yarımmüdafiəçisi Li Kan İnlə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto "X" sosial media hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, Madrid klubu qış "transfer pəncərəsi" dönəmində oyunçunu əldə etməyə çalışıb. Lakin müəyyən səbəblərdən keçid reallaşmayıb.

Cənubi koreyalı futbolçu yayda klubdan ayrılacağı ehtimal olunan Antuan Qrizmannın əvəzedicisi kimi nəzərdən keçirilir.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçinin PSJ ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" onun dəyərini 25 milyon avro qiymətləndirir. Li Kan İn 2025/26 mövsümündə 28 oyunda iştirak edib, üç qol vurub və dörd məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
sport24.az

1Mənbələr